Mediland Hospital
Mediland Hospital 2014-cü ildən fəaliyyət göstərir. Hospital tibbin bütün yeniliklərini özündə cəmləyən yüksək səviyyəli xidmət təqdim edir.
Diaqnostika bölümündə komputer tomoqrafiya, angioqrafiya, maqnit rezonans tomoqrafiya, rentgen, ultrasəs-doppler müayinəsi, elektrokardioqrafiya, holter, exokardioqrafiya, tredmil test, endoskopiya, kolonoskopiya, elektromioqrafiya, elektroensefaloqrafiya, endoskopik rinoskopiya, göz müayinəsi, spirometriya və digər xidmətlər peşəkar mütəxəssislər tərəfindən aparılır.
Mütəxəssislərimizin əksəriyyəti Türkiyə, Rusiya, İtaliya və başqa xarici ölkələrdə təhsil almışdır. Çoxfunksiyalı laboratoriyamızda ümumi, biokimyəvi, patohistoloji, mikrobioloji və digər laborator müayinələr həyata keçirilir.
Xəstəxanada bütün növ cərrahi əməliyyatlar açıq, endoskopik və laparoskopik üsullarla icra edilir. Təcili yardım komandamız 7/24 formatda xidmətinizdədir. Keyfiyyətli tibbi xidmət Mediland Hospitalın əsas meyarlarından biridir.